Avq 24, 2022 20:03 Asia/Baku
  • PUA rabitəsinin kəsilməsi uğurla məşq edilib

İran İslam Respublikası Ordusunun birgə pilotsuz uçuş aparatı təlimlərinin ilk günündə PUA sahəsində elektron döyüş tədbiləri və PUA rabitəsinin aviaəsaslı kəsilməsi əməliyyatı uğurla həyata keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun “1401 birgə pilotsuz uçuş aparatı təlimləri” bu gün ordunun dördlü qüvvəsi və ölkənin hava hücumundan müdafiə üzrə birgə qərargahının iştirakı ilə cənubda- Oman dənizi və Fars Körfəzinin isti sularından ölkənin şərq, qərb, şimal və mərkəzi bölgələrinədək olan bir ərazidə başlanıb.

Hərbi təlimlərin ilk günündə əməliyyat hərəkətlərinin icrasının davamında ordunun dördlü qüvvəsindən elektron döyüş bölmələri elektron döyüş metod və üsullarını məşq ediblər.

Hərbi təlimlərin sözçüsü kontr-admiral Seyid Mahmud Musəvinin sözlərinə görə, PUA-nın yerdəki nəzarət stansiyası ilə əlaqəsinin yerəsaslı kəsilməsi əməliyyatı, hücum edən qüvvənin hücumçu pilotsuzları üzərində elektron xələlin yaradılması və hərbi təlimlərin keçirildiyi əraziyə sızmanın qarşısını almaq məqsədilə bu pilotsuzlara nəzarət,/ təlimlərin bu hissəsində görülən tədbirlərdən olub və İran İslam Respublikası Ordusunun gənc və istedadlı qüvvələri tərəfindən uğurla məşq edilib.

 

Teqlər