Aliməqamlı Rəhbər: Xalq bütün hadisələrdə "inqilab tarixinin baş qəhrəmanı" olub
İran İslam İnqilabının Aliməqamlı Rəhbəri buyurub: "Xalq bütün hadisələrdə "inqilab tarixinin baş qəhrəmanı" olub və bu fakt bir ibrət və dərsdir və bütün rəsmilərə bu millətlə necə davranmaq lazım olduğunu göstərir".
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei prezident Seyid İbrahim Rəisi və kabinet üzvləri ilə görüşdə qeyd ediblər ki, "inqilab zamanı xalqın ümumi həyəcanı", "inqilabın əzəməti qarşısında təkəbbürün heyrəti", "qlobal quldurların amansız düşmənçiliyi", "Səddamın hava hücumları qarşısında ölkənin və paytaxtın müdafiəsizliyi" "inqilabın ilk illərində terrorçuların ölkə boyu tüğyan etməsi və əmin-amansızlıq", "inqilabdan sonra müxtəlif idarə və parlamentlərin fəaliyyəti", "millətin Müqəddəs Müdafiə dövründə və düşmənlərlə digər mübarizə cəbhələrindəki həlledici iştirakı" və "xalqın müxtəlif yürüşlər və mərasimlərdə qeyd-şərtsiz və təqdirəlayiq iştirakı", xatirəsi cəmiyyətin yaddaşında əbədi olaraq, yaşatmalı olan məsələlər sırasındadır.
İslam İnqilabının Aliməqamlı Rəhbəri xalqın ümid və inamının dirçəldilməsini bu administrasiyanın ən mühüm uğuru hesab ediblər və əlavə ediblər: "İnsanlar görürlər ki, administrasiya səhnədədir və işlə məşğuldur və problemləri həll etmək və onlara xidmət göstərməklə məşğuldur və bu fakt ictimaiyyətin ümid və inamını xeyli artırır. Təbii ki, bu səylər bəzi sahələrdə uğurlu olub, bəzi sahələrdə isə hələ də lazımi nəticələr əldə olunmayıb".
Həzrət Ayətullahül-üzma Xamenei administrasiyanın fəaliyyətini nəzərdən keçirmək və təbliğ etməyi Hökumət həftəsinin ikinci funksiyası hesab edib və administrasiyanın bəzi uğurlarına işarə edərək, prezident və administrasiya üzvlərinə tövsiyələr verib.