Sen 03, 2022 14:44 Asia/Baku
  • Aliməqamlı Rəhbər: İslam Respublikası yeddi başlı imperializm əjdahasını geri oturtdu

İran İslam İnqilabının Alıməqamlı Rəhbəri Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının yeddinci forumunun üzvlərini və iştirakçı qonaqları qəbulu zamanı buyurublar: "İran İslam Respublikası Əhli-Beytdən ilham alaraq, dünya təkəbbürünün yeddi başlı əjdahasını geri oturtdu və inkişaf etdi".

SəhərAzəri-nin məlumatına əsasən, Aliməqamlı Rəhbərin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə Əhli-Beytin əzəmətini və etibarını bənzərsiz adlandırıb və vurğulayıblar: "İran İslam Respublikası hegemonluq sistemi qarşısında Əhli-Beytin qaldırılmış bayrağı olaraq, hesab edir ki, İslam dünyasında heç bir dini, etnik, məzhəb və irqi bölücü xətt yoxdur və yeganə görkəmli və həqiqi bölücü xətt İslam dünyası ilə küfr cəbhəsi və dünya imperializmi arasındakı sərhəddir".

Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "Bu gün İslam Respublikası bir örnək və canlı reallıq olaraq, hər cür düşmənçilik və hücumlar qarşısında tab gətirə və o, təzə fidanı qoca bir ağaca çevirə bilmişdir; Əlbəttə örnək dedikdə, söhbət siyasi quruluşdan örnək götürmək deyil, İmam Xomeyninin (r.ə) prinsiplərinə sadiq qalmaqdan gedir".

İslam İnqilabının Aliməqamlı Rəhbəri digər xalqları zorakılıq qarşısında dayanmağa sövq etməyi hegemon sistemin qəzəb və düşmənçiliyinin səbəblərindən biri adlandırıb və bildiriblər ki, Amerikanın İŞİD də daxil olmaqla müxtəlif ölkələrdəki cinayətkar planlarının zərərsizləşdirilməsi, onun iranofobiya və şiəfobiya ilə bağlı sıx təbliğat aparmasına və İranı digər ölkələrə müdaxilə etməkdə günahlandırmasına səbəb olub. 

Həzrət Ayətullahül-üzma Xamenei İslam Respublikasının başqa ölkələrin işlərinə qarışmadığını vurğulayaraq, hegemonçuların ittihamlarının İslam quruluşunun əhəmiyyətli tərəqqisinin qarşısını almaqda acizliyindən qaynaqlandığını bildirib və əlavə ediblər ki, təbii ki, hər kəs hegemonçu siyasətlərə qarşı ayıq olmalıdır və onları müşayiət etməməlidir. 

İslam İnqilabının Aliməqamlı Rəhbəri İslam dünyasındakı ixtilafları və qeyri-real bölücü xətlərini şişirtməyi dünya imperialistinin bugünkü siyasəti adlandırıb və qeyd ediblər ki, hazırda bəzi ölkələrdə müşahidə edilən şiə ilə sünni, ərəb ilə qeyri-ərəb, şiə ilə şiə və sünni ilə sünni arasında müharibənin qızışdırılması və planlaşdırılması böyük şeytan Amerikanın hiylələrindəndir ki, onun qarşısında ayıq olmaq lazımdır. 

Ayətullahül-üzma Xamenei sonda buyurublar ki, İslam dünyasının gələcəyi parlaqdır və şiə camiəsi bunda böyük rol oynaya bilər.

Teqlər