Sen 06, 2022 11:17 Asia/Baku
  • Məhəmməd Mərəndi
    Məhəmməd Mərəndi

Vyana danışıqlarında İran nümayəndə heyətinin müşaviri vurğulayıb ki, İran sazış layihəsindəki qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Mərəndi öz rəsmi Tvitter səhifəsində yazıb: "Borrell ABŞ-ın müttəfiqidir və unudur ki, bu danışıqların səbəbi Qərbin nüvə sazışını pozması və İranın ona tam əməl etdiyi şəraitdə belə İran vətəndaşlarını hədəfə alan maksimum təzyiq sanksiyalarıdır". 

Mərəndi əlavə edib: "İran mətndəki qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcək. ABŞ Avropa İttifaqına xərclər qəbul etdirir". 

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell mətbuat konfransında İranın nüvə anlaşmasının canlandırılması ilə bağlı keçmişə nisbətən daha az optimist olduğunu bildirib. 

Cozep Borrell deyib: "İranın nüvə sazişi ilə bağlı danışıqlarda fikirlər üst-üstə düşmək əvəzinə, getdikcə uzaqlaşır".

ABŞ və İran son zamanlar nüvə sazişini canlandırmaq üçün Avropa İttifaqının təklif etdiyi mətnə ​​bir-birinin cavablarını nəzərdən keçirir. Hansı ki, Avropa İttifaqının xarici siyasət rəhbəri və Vyana danışıqlarının koordinatoru Cozep Borrell-in sözlərinə görə, bu, layihənin son mətni və nüvə sazişinin dirçəldilməsi üzrə razılığın əldə olunması üçün son təklifdir.

Teqlər