Sen 09, 2022 12:28 Asia/Baku
  • Qüdrət-1401
    Qüdrət-1401

İran İslam Respublikası Ordusunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimlərinin sözçüsü bu təlimlərin yeni rekordlar qeydə aldırmaqla başa çatdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimləri çərşənbə günü axşam İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nəsrabad ümumi bölgəsində başlanmışdı.

«Qüdrət-1401» hərbi təlimlərinin sözçüsü- ikinci dərəcəli briqada generalı Kərim Çeşək təchizatların yerdəyişməsi və köçürülməsi haqda deyib: Təchizatların yerdəyişməsi ordunun quru qoşunları, İran daxili sənayesi və alimlərinin düzətdikləri ağır və superağır avtomobillərlə 700 kilometrdən çox bir məsafəyə və mümkün olan ən qısa zamanda həyata keçirilib.

İkinci dərəcəli briqada generalı Çeşək əlavə edib: Ordunun quru qoşunlarının hava qüvvələri və 65-ci diviziyanın sürətli reaksiya qüvvələrinin helikopterləri ilə dəyişkən aviasiya əməliyyatı həyata keçirilib. Proqramlaşdırma və icra mərhələsində olan bu mürəkkəb əməliyyat təlimlərin mühüm nailiyyətərindən biri sayılır.

Ordunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimlərinin sözçüsü real döyüş səhnəsinə oxşar şəraitdə helikopterlərdə quraşdırılmış, "gecə vaxtı görmə" sistemlərinin uğurla sınaqdan keçirilməsini ordunun quru qoşunlarının hava qüvvələri ilə startap şirkətlərin səylərinin məhsulu adlandırıb.

İkinci dərəcəli briqada generalı Çeşək təlimlərin digər nailiyyətlərindən birini, PUA bölməsinin uğurlu əməliyyatı adlandırıb. Bildirib ki, bu bölmə döyüş və qırıcı pilotsuzlarından istifadə ilə nəzərdə tutulan hədəfləri dəqiq şəkildə vurmağı və əməliyyatın sonrakı etaplarını himayə etməyi bacarıbdır.

Ordunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimlərinin sözçüsü bildirib ki, uzaq mənzilli “Fəth-360” və “Fəcr-5” raketlərindən ilk dəfə olaraq bu təlimlərdə istifadə olunub.

O, deyib: “Fəth-360” raketi strateji hədəflərə qarşı işlədilən bir raketdir.

 

Teqlər