Sen 12, 2022 11:45 Asia/Baku
  • Arəş-2
    Arəş-2

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı “Arəş-2” PUA-sının imkanlarını xüsusi və unikal adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Son üçü dekadada, İran İslam Respublikasının PUA sahəsində əldə etdiyi nailiyyətlər diqqətəlayiq olub və İran PUA-ları xüsusilə də son dekadada regional münaqişlərəi nəzərə alaraq, regionun döyüş meydanlarında yüksək dəyərini çox yaxşı şəkildə nümayiş etdirib. 

Düşmənin hava hücumundan müdafiə sisteminin radarlarını hədəfə almaq üçün məhvedici dron olaraq, tanınan "Arəş-2" PUA-sı düşmənin həssas və həyati nöqtələrinə sərrast zərbə endirmək qabiliyyətinə malikdir.

İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Kyumərs Heydəri İran televiziyasının xəbər kanalının "Birinci Sıra" proqramında deyib: ""Arəş-2" PUA-sının axtarış sistemləri var, eyni zamanda hədəfə dəyənə qədər bir neçə dəfə özünü bərpa edən unikal imkanlara malikdir". 

Teqlər