BMT Baş Assambleyasında iştirak, İranın baxışlarının bəyanı üçün bir fürsətdir
https://azeri.sahartv.ir/news/İran-i393328-bmt_baş_assambleyasında_iştirak_İranın_baxışlarının_bəyanı_üçün_bir_fürsətdir
İran İslam Respublikasının prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirakı İran İslam Respublikasının mövqeləri və baxışlarının bəyanının simvolundan bir cilvə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2022 09:25 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirakı İran İslam Respublikasının mövqeləri və baxışlarının bəyanının simvolundan bir cilvə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün səhər Nyu-Yorka yola düşməzdən öncə Tehranda müxbirlər qarşısında çıxış edib. Bildirib ki, Nyu-Yorka səfər, BMT baş katibinin dəvətilə və bu təşkilatın Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün həyata keçirilir.

Rəisi deyib: İran İslam Respublikasının ideya və nöqteyi-nəzərləri, həmçinin regional baxışları bəyanediləsdir və bu fürsətlərdən İran İslam Respublikasının mövqelərinin bəyanı üçün istifadə olunmalıdır.

İran prezidenti vurğulayıb ki, Nyu-Yorka beşgünlük səfərdə amerikalı rəsmilərlə heç bir görüş keçirilməyəcəkdir.

İran İslam Respublikasının prezidenti söyləyib: Dünyadakı media mühitinin böyük güclərin yiyəliyi altında olmasına görə, Nyu-Yorka səfər və BMT Baş Assambleyasının sessiyasında iştirak,  eşidilməyən addımların bəyanı üçün bir fürsətdir.

Rəisi vurğulayıb: İran İslam Respublikasının mövqelərinin,/ böyük İran xalqına qarşı ediləm zalımlıqlar və zülmlərin,/ eləcə də bu gün, xüsusən zülm altında inləyən xalqlara qarşı edilən zülmlərin bəyanı üçün, bu fürsətlərdən bəhrələnmək lazımdır.