Sen 20, 2022 12:10 Asia/Baku
  • Ayətullah Rəisi
    Ayətullah Rəisi

“BMT qüdrətli hökumətlərin təşkilatı olmamalıdır”. Bu sözləri İran prezidenti deyib. Vurğulayıb ki, sanksiya, terrorizm, müharibə və qan axıdılması təkvektorluluğun nəticəsidir.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti ilə yerli vaxtla bazar ertəsi günü günortaçağı Nyu-Yorka daxil olan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi müxbirlərlə müsahibədə deyib: Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmişəm. Bu səfərdə təbii ki, mövcud fürsətə əsasən, İran İslam Respublikasının nəzər və baxışlarını bəyan edəcək və nöqteyi-nəzələri iştirakçılara və bu çıxış və mesajı dinləyəcək kəslərə çatdıracağam.

Ayətullah Rəisi əlavə edib: Birləşmiş Millətlər Təşkilatı həqiqətən də Birləşmiş Millətlər Təşkilatı olmalı və qüdrətli dövlətlərin təşkilatı olmamalıdır. Biz də bir sıra beynəlxalq problem və məsələlərlə üzləşirik və təbii ki, bu kimi yığıncaqlarda onların barəsində bəhs etmək və onlara həll yolları tapmaq ardınca olmaq olar.

Ayətullah Rəisi sonra deyib: Misal üçün, sanksiya məsələsi böyük güclərin xalqlara təzyiq göstərmək üçün istifadə etdikləri bir vasitədir. Bunun müqabilində digər ölkələr də qarşılıqlı rəftar edəcəklər. Bu məsələnin nəticəsi budur ki, sülh, asayiş və təhlükəsizliyə qarşı yönəlib və buna görə, müəyyən şəkildə xalqlar zərər və ziyan çəkəcəklər.

İran prezidenti deyib: İkinci məsələ, bu gün dünyada bir çox didərginliklərə bais olan terror məsələsi, terrorçu cərəyanlara verilən dəstəklər, müharibə və qan axıdılması məsələsidir. Hamı müharibənin əleyhinədir, biz də müharibənin əleyhinəyik. Bu cəhətdən bu mövzular araşdırılmalıdlr. Bu, müzakirə edilməli olan və kollektiv düşüncə tələb edən bir məsələdir ki, həll yollarını da bəyan etdim.

Ayətullah Rəisi əlavə edib: Bütün bunlar dünyada təkvektorluluğun təzahürləridir, yəni təkvektorluluğun nəticəsi budur və bu kimi məsələlər bu gün insan cəmiyyət və cəmiyyətlərinə əzab verirlər.

İran prezidenti sonda qeyd edib ki, inşaallah, bu kimi yığıncaqlarda problemin həllinə nəzər salmaqla məsələləri izləmək lazımdır.

 

Teqlər