Sen 28, 2022 13:19 Asia/Baku
  • London polisi bəzi iğtişaşçıların təsvirlərini yayıb

London polisi bu şəhərdə əmin-amansızlıq yaratmaqla iğtişaş etmiş əks-inqilabçı ünsürlərin təsvirlərini yayıb.

Bazar günü iğtişaşçılar İran İslam Respublikasının Londondakı səfirliyi qarşısına aksiya keçirdikdən və polislə toqquşduqdan sonra London İslami Mərkəzinə yollanmışdılar ki, bu ibadət məkanına təcavüz etmiş olsunlar.

London İslami Mərkəzinin önündə intizamsızlıq və iğtişaş yaratmaq niyyətində olan əks-inqilabçı ünsürlər London polisinin müqavimətilə üzləşməkdən əlavə, bu ibadət məkanında inqilab tərəfdarı olan müsəlmanlar və namazqılanların möhkəm cavabı ilə üzləşiblər.

London polisi bir bəyanatda bildiribdir ki, İran İslam Respublikasının Londondakı səfirliyi və London İslami Mərkəzinin qarşısında intizamsızlıq və iğtişaş yaratmış əks-inqilabçı ünsürlərdən on üç nəfərin təsvirini yayıb.

London polisi bundan öncə bildirmişdi ki, iğtişaşçıların kimliyini müəyyən etmək üçün ixtiyarında olan bütün vasitələrdən istifadə edəcək.

London polisinin bəyanatında deyilir ki, bəzi məmurların yaralanmaları ilə nəticələnən «qəbuledilməz səhnələr»in ardınca bazar günündən etibarən, təhqiqatlar başlanıb.

İctimai nizam-intizam ilə bağlı cinayət dairəsinin məsuliyyətini daşıyan London polisinin baş zabiti Karen Fayndeli əhalidən istəyibdir ki, iğtişaşçıların kimlikləri haqda məlumatları olan təqdirdə həmin halları polisə elan etsinlər.

Bundan öncə də London meri Sadiqxan bir tvittdə iğtişaşçıların hərəkətlərini qəbuledilməz adlandırmış və onların mühakimə edilmələrin istəmişdi.

Teqlər