İrandan əmirliklərin iddiasına qətiyyətli cavab
İran İslam Respublikasının BMT Baş Assambleyasının yüksək səviyyəli 77-ci sessiyasında iştirak edən nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq həmkarlıqlar məsələləri naziri Rim Haşiminin İran adaları barədəki iddiasına qətiyyətli cavab verib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Nyu-Yorkdakı nümayəndəliyinin ikinci katibi Peyman Qədir-Xumi tərəfindən BMT Baş Assambleyasının səhnəsində qiraət edilən İran nümayəndəsinin məruzəsində deyilir: Əmirliklərin bu məsul şəxsinin Fars Körfəzində yerləşən İran adaları haqdakı iddiaları və əsassız iddiaları təkrar etməsi, İranın ərazi bütövlüyünə qarşı hücumlar sayılır.
Qədir-Xumi əlavə edib: Biz belə bir məsuliyyətsiz bəyanatı və əsassız iddianı İranın daxili işlərinə müdaxilə, həmçinin başqa dövlətlərin daxili işlərinə qarışmama və dinc yanaşı yaşama prinsipləri də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması hesab edirik.
O, vurğulayıb: Fars Körfəzində yerləşən Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb kimi üçlü ada İran ərazisinin ayrılmaz hissəsi olub və vardır və İran bu adalar üzərindəki hakimiyyətinə təkid edir. Onun əksinə olan hər hansı iddia, qətiyyətlə rədd olunur.
Peyman Qədir-Xumi əlavə edib: Təkid etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin təsis edilməsindən illər öncəki tarixi həqiqətlərə əsasən, bunlar İran adaları olub, İranındır və İranın da olaraq qalacaqlar.
O, deyib: Həmçinin qeyd etmək lazımdır ki, Fars Körfəzi termini miladdan beş yüz il bundan öncədən Ərəbistan yarımadası ilə İran yaylası arasında yerləşən su hövzəsi üçün işlədilmiş yeganə ad olub və bu su hövzəsi əbədiyyətə qədər elə bu adda qalacaqdır.