İran yük gəmisinin Azərbaycan tərəfindən saxlanılması təkzib edilib
https://azeri.sahartv.ir/news/İran-i393731-İran_yük_gəmisinin_azərbaycan_tərəfindən_saxlanılması_təkzib_edilib
İran İslam Respublikasından Qazaxstana üzən yük gəmisinin Azərbaycan tərəfindən saxlanılmasına dair xəbərlər təkzib edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2022 09:58 Asia/Baku
  • İran yük gəmisinin Azərbaycan tərəfindən saxlanılması təkzib edilib

İran İslam Respublikasından Qazaxstana üzən yük gəmisinin Azərbaycan tərəfindən saxlanılmasına dair xəbərlər təkzib edilib.

SəhərAzəri FarsNewas-a istinadən xəbər verir ki, bu barədə İranın “Xəzər Dənizi Gəmiçilik Şirkəti"ndən açıqlama verilib.

Bildirilib ki, bir neçə gün öncə İranın Bəndər-Ənzəli limanından Qazaxstanın Aktau limanına yollanan “Sabrina” yük gəmisinin Azərbaycan tərəfindən saxlanılmasına dair məlumatlar əsassızdır.

Əlavə edilib ki, gəmi qeyri-satabil hava şəraitinə görə yolunu dəyişdirməli olub və Bakının limanlarından birində lövbər salıb.

Qeyd edilib ki, hava şəraiti düzələn kimi, gəmi yola çıxacaq.