Okt 04, 2022 12:33 Asia/Baku
  • İran və Azərbaycanın hərbi rəsmiləri telefonla danışıblar

Azərbaycan Respublikasının müdafiə naziri ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sərhəddəki son vəziyyəti müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri arasında ötən gün telefon danışığı olub.

Tərəflər hərbi əməkdaşlıq məsələlərini, habelə əhəmiyyət kəsb edən digər məsələləri müzakirə ediblər.

Onlar həmçinin Azərbaycan-Ermənistan arasında son qarşıdurmanı və gərginliyin azaldılmasını müzakirə edib, problemlərin sülh və danışıqlar yolu ilə həllinə təkidlə yanaşıblar.

Zakir Həsənov bildirib ki, Azərbaycan Ermənistan ərazisində heç bir hərbi əməliyyat keçirmək niyyətində deyil.

Zakir Həsənov və Məhəmməd Hüseyn Baqiri Birgə Hərbi Komissiyanın razılaşmalarının həyata keçirilməsini müzakirə edib, iki ölkənin sərhədlərində birgə və ya koordinasiya edilmiş təlimlərin keçirilməsinə hazır olduqlarını açıqlayıblar.

Teqlər