Okt 04, 2022 17:34 Asia/Baku
  • İran Kabildəki partlayışın yaralılarına yardım edir

Əfqanıstanın paytaxtı Kabildə Kaj təhsil mərkəzində törədilən terror aktı nəticəsində ağır yaralanan bir neçə nəfər müalicə üçün İrana gətirilib.

SəhərAzəri-nin məlumatına əsasən,Kabildəki Kaj təhsil mərkəzinə törədilən terror aktı nəticəsində ölənlərin sayı artmaqda davam edir və son statistika 53 şəhid və 100 yaralının olduğu göstərir. 

İran İslam Respublikası çətin anlarda həmişə Əfqanıstan xalqının yanında olub və bu terror aktı nəticəsində ağır yaralanan bir neçə müalicə üçün təyyarə ilə İrana gətirilib.

Həmçinin, İrandan Əfqanıstana çoxlu sayda tibbi yardım və tibbi ləvazimat göndərilib.

İranın Əfqanıstandakı səfirliyinin nümayəndəsi Hüseyni deyib: "İslam İnqilabının Aliməqamlı Rəhbərinin Əfqanıstan xalqına dəstəklə bağlı təkidinə əsasən, İran yaralıların müalicəsi üçün Əfqanıstanın Səhiyyə Nazirliyinin ehtiyac duyduğu tibbi və müalicə yükü Kabilə göndərib. 

İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qomi deyib: İran istənilən vəziyyətdə Əfqanıstan xalqının yanındadır və bu ölkə xalqına yardımlar davam edir.

Teqlər