Okt 06, 2022 11:42 Asia/Baku
  •  Rəsmi Tehran Avropanı İranda terroru təşviq etməməyə çağırıb

İran İsıam Respublikası Avropa İttifaqının ölkədə son iğtişaşlarla bağlı müdaxiləsini qınayıb və alyansı ölkədə terroru təşviq etməməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla Avropa İttifqaının Xarici siyasət və təhlükəsizlik üzrə rəsmisi Cosep Borrell arasında telefon danışığı olub.

 

Hüseyn Əmir-Abdullahiyan, İranın, gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı saxta ittihamlar əsasında tələsik siyasi addım atacağı, İran xalqının canını və malını hədəf alan iğtişaşçılar və terrorçuları dəstəkləyəcəyi təqdirdə Avropa İttifaqına cavab verəcəyini deyib.

Əmir-Abdullahiyan Borrel ilə telefon danışığı zamanı deyib: “Biz daxili qanunlarımız çərçivəsində Məhsa Əmininin ölüm məsələsini ciddi şəkildə nəzarətdə saxlayırıq”.

Əmir-Abdullahiyan deyib: “Dinc tələbləri xalqın haqqı hesab edirik, lakin biz bu tələbləri təcili yardım maşınlarını yandıran, bankları və ictimai əmlakı dağıdan, vətəndaşlara və polis qüvvələrinə silahla hücum edən və terror aktları törədən iğtişaşçılardan ayırırıq”.

Öz növbəsində Borrell Əmir-Abdullahyanın “iğtişaşlar və terrorizmin müvafiq cavab verilməli olan dinc etirazlardan fərqli olduğu” fikrini dəstəklədiyini bildirib.

“Biz Avropa İttifaqı ilə İran İslam Respublikası arasında münasibətlərə mənfi təsir göstərilməsini istəmirik”, deyə o Əmir-Abdullahiyana bildirib.

Teqlər