Okt 10, 2022 14:27 Asia/Baku
  • Aliməqamlı Rəhbər: İdman sanksiyaları təkəbbürlülərin iddialarının etibarını sarsıtdı

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamenei vurğulayıblar ki, Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən idman sanksiyaları təkəbbürlü ölkələrin və onların ardıcıllarının idmana siyasətin qarışmaması ilə bağlı iddialarının etibarlı olmadığını sübut etdi.

SəhərAzəri-nin məlumatına əsasən, Aliməqamlı Rəhbərin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei sentyabrın 11-də bir qrup idmançı şəhid anaları və İdmançı Şəhidlər Konqresinin təşkilatçıları ilə görüşdə deyiblər: "İdman sanksiyaları göstərdi ki, Qərb ölkələri maraqları tələb etdikdə asanlıqla qırmızı xətləri keçirlər".

Həzrət Ayətullahül-üzma Xamenei, həmçinin meydandakı texniki qələbəni dəyərlərin qələbəsi ilə birləşdirməyin vacibliyini vurğulayaraq, qeyd ediblər ki, iranlı idmançıların sionist rejim nümayəndələri ilə yarışmaqdan imtina etdiyinə görə medaldan məhrum edilməsi əsl qələbədir, çünki yarışmaq qəsbkar, cəllad və uşaq öldürən rejimi tanımaq və texniki və zahiri qələbə bahasına mənəvi qələbəni tapdalamaq deməkdir ki, bunun da heç bir dəyəri yoxdur. 

İslam İnqilabının Aliməqamlı Rəhbəri idman üçün hazırkı mühitin idmanç şəhidlərin mənəviyyatının təsirinin nəticəsi olduğunu bildirərək, iranlı idmançıların dəyanəti və bağlılığının təzahürlərinin bir neçəsini sadalayıb və deyiblər: " Qadınların İslami hicabla çempionluq kürsüsünə çıxması və kişilərlə əl sıxmaması, çempionluq medallarının şəhid ailələrinə verilməsi, qalib gəldikdən sonra səcdə etmək və hidayət imamlarının adlarının zikr edilməsi və idman nümayəndə heyətinin Ərbəin ziyarətinə getməsi bugünkü fitnə-fəsadla dolu maddi dünyada heyrətamiz və bənzərsiz hadisələrdir ki, İran xalqının mənəvi və əxlaqi dərinliklərini dərk etmək üçün mütləq nəzərə alınmalıdır". 

Həzrət Ayətullahül-üzma Xamenei idmançılara həm meydanda, həm də meydandan kənarda davranışlarına diqqət yetirməklə öz şərəf və ləyaqətini və vətəni qorumağı tövsiyə edərək, əlavə ediblər: "Keçmişdə idman mühitimiz həmişə Allahın, məsum imamların adı və dini və əxlaqi cəhətlərlə bəzənmişdir. Amma qərblilər yeni idman növləri ilə yanaşı öz mədəniyyətlərini də tanıtmağa çalışırlar, buna görə də yeni idman növlərini öyrənib irəliləyərkən biz öz mədəniyyətimizə nəzarət etməliyik və idmanın qərb mədəniyyətinə daxil olmaq üçün körpü olmasına imkan verməməliyik".

Teqlər