Okt 14, 2022 18:22 Asia/Baku
  • Rəisi: Düşmənin İran xalqına qarşı nifrətinin səbəbi heyrətamiz irəliləyişlərdir

İran İslam Respublikası prezidenti bu gün Beynəlxalq İslami Vəhdət Konfransında iştirak edən dövlət rəsmiləri və xarici qonaqların İslam İnqilabının Aliməqamlı Rəhbəri ilə görüşdə, düşmənin İran xalqına qarşı nifrətinin səbəbinin bu xalqın əldə etdiyi heyrətamiz irəliləyişlər olduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim görüşün əvvəlində etdiyi çıxışında deyib: "BMT-nin baş katibi Nyu-Yorka son səfəri zamanı təkbətək görüşdə üzr istədi və dedi: "Çoxlu səylərə baxmayaraq, İrana qarşı koronavirusla bağlı sanksiyaları aradan qaldıra bilmədim. Mən ona cavab verdim ki, İran xalqı həmişə təhdid və sanksiyalardan fürsətlər yaradıb.

Rəisi əlavə edib: "Koronavirus hadisəsində biz altı istehsal mərkəzini aktivləşdirərək, peyvənd ixracatçısı olduq. peyvəndlərin sayı artıb və bu gün biz bu xəstəliklə mübarizədə dünyanın ən yaxşı ölkələri sırasındayıq".

İranın elmi tərəqqinin, iqtisadi artımın, inflyasiyanın azaldılmasının, artan ticarətin və beynəlxalq əməkdaşlığın statistik göstəricilərinə toxunan dövlət başçısı İran xalqına xüsusən də iqtisadi islahatların həyata keçirilməsində hökumətlə səmimi əməkdaşlığına görə minnətdarlığını bildirib və deyib: "İranın düşmənləri son iğtişaşlarda ölkəyə problem yaratmağa çalışdılar, lakin iranlılar keçmişdə olduğu kimi səbir və mətanətlə onları məğlub etdilər".

Rəisi faktların gizlədilməsini və müasir cahilliyin yayılmasını İslam dünyasının bədxahlarının hazırkı hiylələri adlandırıb və qeyd edib ki, bu hiylə ilə mübarizə aparmağın yolu İslam birliyi haqqında maarifləndirmək və təfriqədən çəkinməkdir.

Rəisi Əziz İslam Peyğəmbərini insanlığa, ədalətə, rasionallığa, mənəviyyata və əxlaqa ən gözəl çağırışçı kimi xarakterizə edib və o zamandan bu günə qədər Allah Rəsulu ilə düşmənçiliklə bağlı deyib: "Bu gün aBu gün İslam əleyhdarı cəbhədə rəsulun ardıcıllarına qarşı mədəni və iqtisadi terror şəklində yni səylər həyata keçirilir, lakin necə ki, o gün onlar hərəkatın qloballaşmasının qarşısını ala bilmədilər və bu gün də xalqın Allah Rəsulunun (s) dəyərlərinə sadiq qalmasına mane ola bilməyəcəklər".

Teqlər