Sepah-ın quru qoşunlarının qüdrət hərbi təlimləri başlanıb
İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında- Araz ümumi məntəqəsində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının iri qüdrət hərbi təlimləri başlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu iri hərbi təlimlərin keçirilməsi, quru qoşunlarının döyüş hazırlığını yüksəltmək məqsədilə və illik bəyan edilmiş təqvimə uyğun surətdə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın tapşırıqlarının icrası istiqamətində təşkil edilir.
Sepah-ın quru qoşunlarının komandanı briqada generalı-pasdar Məhəmməd Pakpur bildiribDİ ki, hava-desant əməliyyatı, gecə hücumu əməliyyatı, helikopterlərin döyüş əməliyyatı, döyüş və kamikadze pilotsuzları əməliyyatı, həmçinin Araz çayı üzərində körpü inşaetmə əməliyyatı, qovşaq yollarının ələ keçirilib, nəzarətə alınması, yüksəkliklərin ələ keçirilməsi və hücum təxribatları bu hərbi təlimlərin müxtəlif bölmələrindəndir.
General-pasdar Pakpur əlavə edib: Bu hərbi təlimlərin qonşu ölkələrə mesajı, sülh, dostluq və stabil təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlərə mesajı isə Sepah-ın quru qoşunlarının digər silahlı qüvvələrin kənarında ölkə sərhədlərini müdafiə etməsi və hər hansı təhdidə qarşı qətiyyətli cavab verməsidir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunları Sepah məcmuəsinin altında olan beş qüvvədən biri olub, yüz min nəfərdən çox fəal qüvvəyə malik olmaqla bu inqilabçı orqanın əsas korpusunu təşkil edir.