Universitet düşmənin hökmranlığının qarşısını alacaq
İslam İnqilabının Böyük Rəhbəri universiteti imperializmin hökmranlığı qarşısında ən böyük maneələrdən biri adlandırıb və deyiblər ki, universitet düşmənin hökmranlığının qarşısını alacaq.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri İranın bir qrup nümunəvi elm istedadı və elitası ilə görüşdə qeyd ediblər ki, dünyadakı quldur güclərin hədəfləri, hökmranlıqdır.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Onlar bir gün silah, başqa bir gün hiylə, digər bir gün isə elmlə hökmranlıq əldə edirlər.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Əgər ölkənin elm səviyyəsini yüksəldə bilsəniz, düşmənin hökmranlığı qarşısında bir maneə yaratmış olacaqsınız.
Universiteti ölkənin inkişafı üçün mühüm bir dayaq adlandıran Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Hər nə qədər universiteti ləngidə,/ tətil, xarab və qüsurlu eləyə bilsələr, İranın və ölkənin inkişafının düşmənləri üçün böyük bir fürsət yaratmış olacaqlar.
İran elitasına xitab edən İnqilab Rəhbəri vurğulayıblar: Sizin iştirakınız, ümidyaradandır və siz harada olsanız, bu,/ ümidi yaradacaq.