Noy 12, 2022 12:47 Asia/Baku
  • Rusiyaya heç bir silah verməmişik

İranın xarici işlər naziri deyib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, silah ixracatı və idxalatında bizə qarşı qadağa yoxdur, amma Ukraynaya qarşı istifadə edilmək üçün Rusiyaya heç bir silah verməmişik.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan bu sözləri Bolqarıstanın xarici işlər naziri Nikolay Milkov ilə telefon bağlantısında vurğulayıb.

İranın xarici işlər naziri söyləyib: Mövqeyimiz, NATO-nun regionda genişlənməsi və Ukraynada müharibə ilə müxalifətdir və biz atəşkəs üçün səy göstərəcəyik.

Əmir-Abdullahiyan həmçinin İŞİD-in İranın Şiraz şəhərindəki Həzrət Şahçıraq(ə) hərəmində törətdiyi terror aktını pisləməsinə görə, Bolqarıstana təşəkkür və ikitərəfli əlaqələrin önəminə təkid edib.

Teqlər