Düşmən PUA-ları “Bavər-373” sisteminin nişanı altındadırlar
“Bavər-373” sisteminin modernləşdirilməsinə işarə edən İran İslam Respublikası Ordusunun baş komandanı deyibdir ki, düşmən PUA-ları bu sistemin nişanı altındadırlar.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Seyid Əbdürrəhim Musəvi uzaq mənzilli “Bavər-373” sisteminin modernləşdirilməsi üzrə istedadlar və məsul şəxslərə həsr olunmuş mərasimdə söyləyib: Bu böyük nailiyyət, pilotsuzun 304 kilometrlikdə hədəfə alınması qabiliyyətinə malikdir.
İki ölkənin bu sistemə nail ola bilmədiyini bildirən general-mayor Musəvi əlavə edib: Bu nailiyyət tam sanksiya və məhdudiyyətlər zamanı, yalnız və yalnız, iranlı gənclərin bilik və düşüncələri ilə və onların tərəfindən əldə olunub, halbuki heç bir sanksiya və məhdudiyyətə malik olmayan digər ölkələr hələ ona nail olmayıblar.
İran İslam Respublikası Ordusunun baş komandanı vurğulayıb ki, hegemonçuluq sisteminin media imperiyası bu nailiyyətlərin və onlarca şirin müvəffəqiyyətin xalqlara və dünyaya göstərilməsini əngəlləyir.
Uzaq mənzilli statik hədəflərə qarşı nəzərdə tutulan modernləşdirilmiş “Bavər-373” sisteminin “Səyyad B-4” tipli uzaq mənzilli raketlə sınağı, noyabrın altısında İranda uğurla həyata keçirilib.
“Bavər-373” sisteminin aşkarlama radarı məsafəsi 350 kilometrdən 450 kilometrə, döyüş radarı məsafəsi isə 260 kilometrdən 400 kilometrədək yüksəlibdir.