Noy 27, 2022 19:22 Asia/Baku
  • İran futbol federasiyası FİFA-ya etiraz edib

İran futbol federasiyası FİFA-ya göndərdiyi email-də Amerika futbol federasiyasının İran bayrağının görünüşünü dəyişdirməsini pisləyibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika futbol federasiyasının instaqram səhifəsi qeyri-peşəkar bir hərəkətdə “Allah” simvolunu İran bayrağından silibdir.

Bu hərəkətin ardınca İranın futbol federasiyası FİFA-ya göndərdiyi email-də Beynəlxalq Futbol Federasiyasının Amerika futbol federasiyasına xəbərdarlıq etməsi və bu federasiya ilə ciddi davranmasını istəyib.

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının davamında İran və Amerikanın yığma komandaları çərşənbə axşamı günü Əlsəmamə stadionunda qarşılaşacaqlar.

Beynəlxalq Futbol Federasiyası- FİFA-nın əsasnaməsinin on üçüncü fəslinin birinci bəndinə əsasən, hər bir şəxs və ya orqan, federasiyaya üzv ölkələrdən birinin dini və milli nişanələri və mahiyyətinə hörmətsizlik və təcavüz edərsə, minimum on oyun keçirməkdən məhrum olacaqdır.

 

Teqlər