Noy 29, 2022 20:02 Asia/Baku
  • Aliməqamlı Rəhbər İraqın baş nazirini qəbul edib

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei rəsmi səfəri çərçivəsində Tehranda olan İraqın baş naziri Məhəmməd Şia Əl-Sudanini qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, Görüşdə, İraqın regionda mühüm ölkə olduğuna işarə edən Ayətullahül-üzma Xamenei bu ölkənin inkişaf etməsinin və real mövqeyinə çatmasının İranın xeyrinə olduğunu bildirib.

Əl-Sudaninin İraq hökumətinin başçısı təyin olunmasından məmnunluq ifadə edən Aliməqamlı Rəhbər onu yeni vəzifəsi münasibətilə təbrik edib

Ayətullahül-üzma Xamenei Məhəmməd Şia Əl-Sudanini "mömin və istedadlı" adlandırıb.

O, həzrət İraqın həqiqi mövqeyinə çatması üçün ölkədəki siyasi qrupların birlik və həmrəyliyinin vacib olduğunu vurğulayıb və İraq rəsmilərinə xitabən deyib: "Gənclərin gücünə arxalanaraq, ölkənin tərəqqisini istəməyən İraq düşmənlərinə qarşı durun".

İraq baş nazirinin "Konstitusiya çərçivəsində heç bir tərəfin İraq ərazisindən İranın təhlükəsizliyinə qarşı istifadə etməsinə icazə verməyəcəyik" sözlərinə toxunan Həzrət Ayətullahül-üzma Xamenei buyurub: "Təəssüf ki, İraqın bəzi bölgələrində bu hadisələr baş verir və onun var yeganə həll yolu İraq hökumətinin bu bölgələrə nəzarət etməsidir". 

O, Həzrət İraqın birliyinin zəruriliyinə işarə edərək, İraq hökumətini millətin beynəlxalq səhnədə layiqli mövqeyə çatmasına kömək etmək üçün gənc və sadiq insanlardan istifadə etməyə çağırıb.

Aliməqamlı Rəhbər İraqın təhlükəsizliyinin əhəmiyyətinə toxunaraq, buyurub: "Biz İraqın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi görürük. Təbii ki, İranın təhlükəsizliyi İraqa da təsir edir. Əgər hər hansı tərəf İraqın təhlükəsizliyini pozmaq istəsə, biz sinəmizi ona qarşı sipər edəcəyik və İraqı qoruyacağıq".

Görüşdə prezident Seyid İbrahim Rəisi də iştirak edib.

Teqlər