Dek 10, 2022 19:05 Asia/Baku
  • Rəisi: Amerikalılar Əfqanıstanda uğursuzluqdan başqa heç nə əldə etmədilər

İran İslam Respublikası prezidenti vurğulayıb ki, amerikalıların Əfqanıstanda mövcudluğu müharibə, qan tökmə və uğursuzluqdan başqa onlar üçün heç nə gətirməyib.

SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti şənbə günü Mədəni İnqilab üzrə Ali Şuranın transformasiya prosesində ikinci addımının konfransında deyib: "Amerikalılar Əfqanıstanda müharibə, qan tökmə və uğursuzluqdan başqa heç nə əldə edə bilməyiblər, çünki iddialarının əksinə olaraq, bu bölgənin şəraitini və reallıqlarını dərk edə bilmirlər". 

Rəisi qeyd edib ki, müasir kommunikasiya və informasiya texnologiyaları dünyasında cəmiyyəti məhdudlaşdırmaq olmaz, lakin insanları və gəncləri mədəni yönləndirmə və immunizasiya ilə mədəniyyətə, inanclara və əqidələr qarşı hücumlardan qorumaq olar.

Teqlər