İran milli təhlükəsizliyinə qarşı təhdidlərə cavab verəcəyi barədə xəbərdarlıq edib
İranın təhlükəsizlik naziri Avropa Parlamentinin SEPAH-ı qara siyahıya salmaq addımını pisləyərək deyib ki, İslam Respublikası ölkənin milli təhlükəsizliyinə qarşı istənilən təhdidlərə cavab vermək hüququnu özündə saxlayır.
SəhərAzəri-nin məlumatına əsasən, İranın təhlükəsizlik naziri İsmail Xətib Təhlükəsizlik Nazirliyinin İslam İnqilabı Keşikçiləri Korpusuna tam dəstəyini ifadə edərək, Avropa Parlamentinin SEPAH-ı "terror təşkilatı" adlandırmaq üçün "dəyərsiz, tələsik və ağılsız” addımını pisləyib.
İslam İnqilabı Keşikçiləri Korpusunu təkəbbür və terrorizmə qarşı dayanmış İranın hərbi qüdrətinin möhtəşəm və populyar komponenti kimi tərifləyən kəşfiyyat naziri deyib ki, İran İslam Respublikası milli təhlükəsizliyini pozan istənilən addıma qarşı cavab tədbirləri görmək üçün qanuni və ayrılmaz hüququnu özündə saxlayır.
O, həmçinin qeyd edib ki, Qərb hökumətlərinin yanlış hesablamaları, İran xalqı və İranda idarəçilik məntiqi ilə bağlı düzgün məlumatı olmaması onları ölkədə xaos və iğtişaşlar yaratmaqla bağlı xaricdən həyata keçirilən uğursuz layihəyə süni nəfəs vermək üçün belə dəyərsiz simvolik tədbirlərə əl atmağa vadar edib.
Hazırda dağınıqlıq, zəif performans və idarəetmə səbəbindən görünməmiş böhranlardan əziyyət çəkən Avropa İttifaqının ABŞ dövlətinin himayə etdiyi terrorizmin, sionist rejimin və mənfur anti-İran qruplarının marionetinə çevrildiyini bildirən Xətib, Qərbin İrana qarşı müdaxilə planları və regional siyasətlərinin tamamilə iflasa uğrayacağı ilə bağlı xəbərdarlıq edib.
Təhlükəsizlik naziri Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına daxil etmək qərarını absurd tədbir kimi qiymətləndirib və deyib: "Əgər onlar amerikalıların oxşar təcrübəsini nəzərdən keçirsəydilər, BMTNizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndinə zidd olan bu qanunsuz və qəbuledilməz hərəkəti etməzdilər".
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf da bazar günü parlamentin iclasında çıxışı zamanı Avropa Parlamentinin SEPAH-ı terrorçular siyahısına daxil etmək qərarına qarşı təcili cavab tədbirlərinin həyata keçirələcəyini bildirib və deyib ki, İran regiondakı Avropa dövlətlərinin ordularını terror təşkilatları siyahısına salmağa hazırlaşır.
Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı avropalılara xəbərdarlıq edib ki, onlar keçmiş səhvlərini təkrarlamanın nəticələrini çəkməli olacaqlar.