Azərbaycan səfirliyinə hücum edən şəxs ruhi xəsətxanaya yerləşdirilib
Məhkəmə Tibbi ekspertizanın müayinəsinin verdiyi diaqnozda Azərbaycan Respublikasının səfirliyinə silahlı hücum edən şəxsin şizofreniya xəstəliyindən əziyyət çəkdiyi və bunun üçün dispanserə yatırılmalı olduğunu bildirilib.
SəhərAzəri-nin məlumatına əsasən, 27 yanvar, cümə günü əsillikcə urmiyalı olan orta yaşlı bir kişinin öz həyat yoldaşının Azərbayacan səfirliyində olduğu iddiasıyla oraya hücum edib. O, Azərbaycan səfirliyinin baş mühafizini öldürmüş və iki nəfər əməkdaşı da yaralamışdı. Silahlı hücumçu saxlanıldıqdan sonra çıxışında öz həyat yoldaşının keçən il mart ayından Urmiyadakı evini tərk edərək Azərbaycan səfirliyinə getdiyini və orada zorla saxlanıldığını deyib.
Lakin , müttəhimin öz övladları analarının Bakıda olduğunu və bir neçə dəfə telefonla danışdıqlarını deyiblər. Əməliyyat istintaq axtarışa görə müttəhim hadisə zamanı öz ruhi-əsəbi müvazinətini itirib və buna görə də Tehran Cinnayət İstintaq Məhkəməsinin birinci şöbəsi onu Tibb Məhkəməsinə təqdim edib.
O, təhlükəsizlik tədbirləri nəzarəti altında Tehran Tibb Məhkəməsinə köçürülərək psixoloji ekspertizadan keçirilib. Dünən, Məhkəmə Tibbi ekspertizanın heyəti bildiriblər ki, orta yaşlı bu şəxs psixi pozğuntulara məruz qalmış və şizofreniya xəstəliyindən əziyyət çəkir. Daha yaxşı olar ki, o bir ay Tehran ruhi -əsəbi dispanserində qalaraq müayinə olunsun və bundan sonra daha dəqiq araşdırmalar üçün yenidən onun psixoloji sağlamlığı yoxlanılması məqsədilə Tibb Məhkəməsinə qaytarılsın.