Fev 08, 2023 20:20 Asia/Baku
  • İnqilab Rəhbəri: 22 bəhmən bu il milli birliyin təzahürü olacaq

Ali Məqamlı Baş Komandan İran Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir çox komandirləri və əməkdaşları ilə görüşündə bu ilin "22 bəhməni"ni milli birliyin təzahürü adlandırıb və bildirib ki, bu il 22 bəhmən, xalqın bir-birinə qarşılıqlı etimad, izzət və aramlığın təzahürü və milli birliyidir.

Ali Məqamlı Rəhbərin mətbuat informasiya mərkəzindən verilən məlumata görə, Ayətullah Əl-Uzma Xamenei bu görüşdə "22 Bəhmən" in indiyə qədər necə qorunub saxlanıldığı kimi gələcəkdə də qorunub saxlanmasının vacibliyini vurğulayaraq deyib: Həmişə yaşar inqilab o inqilabdır ki, daima öz amalını qoruya bilən və öz görkəmini daima saxlaya bilən inqilabdır  və hər zaman öz çatışmazlıqları və təhlükələri görməklə ehtiyaclarını ödəməli və onları həll etməlidir. 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Fransa və Sovet inqilabı kimi dünyanın böyük inqilablarında sərt və rəhimsiz diktatoraların devrilməsinin ya onların geri qayıtmasının əsas səbəbini onların öz çatışmazlıqlarını və yarana biləcək təhlükədən qəflətdə qalaraq, şəxsi məsələlər və qalmaqallara başlarının qarışması hesab edərək və İslam İnqilabının özünü belə bir təhlükələrdən daima qorumasını diqqətə çatdırdı.

Həzrət Ayətullah Əl-Uzma Xamenei inqilabı məğlub etmək məqsədi düşmənin İslam quruluşuna qarşı məkirli planının bir hissəsi olduğunu qeyd edərək buyurub: "İslam Respublikası olduqca mühüm, strateji əhəmiyyətə malik və faydalı regionu bu düşmənlərin əlindən almış və bundan əlavə müstəqillik və bac verməməyi təkcə siyasi məsələ kimi deyil, həm də dini inanc kimi qəbul etmişdir."

Ali Məqamlı Baş Komandan bəyan edib ki, bəzi başqa ölkələr də ABŞ-dan müstəqillik siyasətini yürüdə bilərlər, lakin bu siyasət hay-harayla, danışıq mizi arxasında oturmaqla müzakirəyə bəzən isə nifuzlu insanlara bilvasitə təsir edərək dəyişsin və onun bir çox  nümunələrini indi görürük.

Həzrət Ayətullah Əl-Uzma Xamenei həmçinin bugünkü ordunu İran xalqı və rəsmiləri tərəfindən etimad və sevilən müstəqillik və qüdrət simvolu adlandırıb və əlavə edib: "Bu gün ordu xalqın yanındadır, xalqla birgədir və xalq arasındadır və əgər keçmişdə amerikalılardan alınan təyyarənin hissələrinə toxunmaq belə haqqı yox idisə bu gün bütün tətbiq edilmiş sanksyalara baxmayaraq özü artıq təyyarə istehsalçısı və ixtiraçısı və xalq üçün bir çox qeyri-adi heyrətamiz işləri görən bir ordudur ki dünən onun bir nümunəsi göstərildi. 

 

 

Teqlər