Fev 09, 2023 21:55 Asia/Baku
  • SEPAH-ın Qüds qüvvələrinin komandanı Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə olub

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani Türkiyə və Suriyada 17 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra Tehranın yardım əməliyyatlarının keyfiyyətini qiymətləndirmək üçün çərşənbə günü Suriyaya gedib.

SəhərAzəri-nin məlumatına əsasən, Qaani çərşənbə günü Suriyanın şimal-qərbindəki Hələb şəhərinə səfər edərək, İranın zərər çəkmiş xalqa yardım göstərmək üçün yaratdığı mərkəzlərdən birinə baş çəkib.

Səfərdən çəkilən görüntülərdə Qüds qüvvələri komandirinin şəhərdə zərər çəkmiş ev təsərrüfatlarını şəxsən yoxladığı və İranın yardım missiyasının vəziyyəti haqqında yaxından məlumat aldığı göstərilir.

Tehran zəlzələ baş verəndən indiyədək Suriyaya bir neçə tranş yardım göndərib.

Bazar ertəsi günü səhər saatlarında Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində baş verən 7,8 bal gücündə zəlzələ son 100 ildə bölgəni vuran ən güclü zəlzələ olub, ən azı 17 min nəfərin ölümünə, on minlərlə insanın yaralanmasına və yüzlərlə binanın dağıntıya çevrilməsinə səbəb olub.

Şaxtalı hava şəraiti sağ qalanları daha da təhlükə altına alır və xilasetmə işlərini çətinləşdirir, belə ki, bölgədə yüzlərlə artçı təkanlar baş verib.

İran rəsmiləri, o cümlədən prezident Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Suriya və Türkiyə hökumətləri və xalqlarına dəstək verməyə hazır olduğunu vurğulayıblar.

Günün əvvəlində İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei zəlzələdən zərər çəkmiş ölkələrin xalqlarına başsağlığı verib, onları Tehranın yardımlarının davam edəcəyinə əmin ediblər.

"Suriya və Türkiyədəki qardaşlarımızın başına gələnləri eşitdiyimiz üçün təəssüflənirik. Qurbanların ruhu şad olsun, ailələrinə Allahdan səbr diləyirik", - Lider qeyd ediblər.

Ayətullahül-üzma Xamenei daha sonra buyurublar: "Bizə də zəlzələlər baş verib və bunun necə olduğunu bilirik. Zəlzələ baş verəndə və əzizlərimiz həlak olanda bu, çox acı və kədərli bir təcrübədir. Biz onların ağrısını hiss edirik".

Teqlər