Beynəlxalq Qurani-Kərim yarışlarının qalibləri təqdim olunub
Fevralın 18-dən 22-dək Tehranda, islami ölkələrin dövlət başçılarının sammit salonunda 39-cu Beynəlxalq Qurani-Kərim yarışmasının yekun mərhələsi keçirilib.
Yarışmaya İrandan və otuz üç digər ölkədən əlli iki iştirakçı qatılıb. Yarışma Quranın tamamilə əzbərlənməsi, tərtil və təhqiq qiraətləri sahələri daxil olmaqla qadın və kişi bölmələrində keçirilib.
Yarışmanın bu mərhələsinin bağlanış mərasimində Quranın tamamilə əzbərlənməsi, tərtil və təhqiq qiraətləri sahələrində və qadın və kişi bölmələrində qaliblər təqdim olunub və mükafatlandırılıblar.
Qaliblərin siyahısı aşağıdakı kimidir:
Qadınlar bölməsi
Tərtil qiraəti
Fəhimə Əsğərzadə- İran-1-ci yer
Leyla Əfarə- Livan- 2-ci yer
Amana Şirzad- Əfqanıstan- 3-cü yer
Quranın tamamilə əzbərlənməsi
Əminə İbrahim- Qana- 1-ci yer
Hacər Mehr-Əliyan- İran, 2-ci yer
Nəsrin Xalidi- Əlcəzair- 3-cü yer
Kişilər bölməsi
Tərtil qiraəti
Məhəmməd-Cavad Cavəri- İran- 1-ci yer
Məhəmmədyar- Qazaxıstan- 2-ci yer
İsmail Həmdan- Livan- 3-cü yer
Təhqiq qiraəti
Əmir-Hüseyn Rəhməti- İran- 1-ci yer
Seyyid Əmir Haşimi- Əfqanıstan- 2-ci yer
Abdullah Fikri- İndoneziya- 3-cü yer
Quranın tamamilə əzbərlənməsi
Sina Təbbaxi- İran- 1-ci yer
Əbdüləlim Əbdürrəhim- Keniya- 2-ci yer
Şeyx Mahmud Həsən- Banqladeş- 3-cü yer
Qeyd etmək lazımdır ki, İran Vəqflər və Xeyirxah İşlər Təşkilatının Quran Məsələləri Mərkəzinin bildirdiyinə görə, hər bir sahə üzrə birinci yeri tutan şəxslər üçün yüz əlli milyon tümən, ikinci yerdə qərarlaşan şəxslər üçün yüz iyirmi milyon tümən, üçüncü yerdə duran şəxslər üçün isə doxsan milyon tümən təyin edilib. Ödənişlər riyal və milli valyuta formasında həyata keçirilir.