Mart 04, 2023 18:02 Asia/Baku
  • İslami: “Rafael Qrossinin” İrana səfəri İran və Agentlik arasında peşəkar əlaqələr üçün bir mesajdır

İranın Atom Enerjisi Təşkilatının rəhbəri çıxışında deyib: " Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun İrana səfəri Tehranın Agentlik ilə peşəkar işgüzar əlaqələrindən xəbər verir.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Atom Enerjisi Təşkilatı bu gün (şənbə günü) "Rafael Qrossi" ilə birgə mətbuat konfransında bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində öz vəzifələrini qoruyub saxlamalıdır.

İslami qeyd edib ki: Biz məsələləri interaktiv fonda onun həllinə doğru irəliləyirik.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru da bu mətbuat konfransında bildirib ki, biz İranla birgə əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Bizim gördüyümüz işlər və əldə edəcəyimiz yaxşı razılaşma Nüvə danışıqalrının canlanmasına da kömək edəcək.

Qrossi sionist rejimin İranın nüvə obyektlərinə qarşı təhdidləri barədə bildirib ki: Belə bir təhdidlər və nüvə obyektləri, eləcə də enerji stansiyalarına edilən hücumlar Agentliyin ümumi konfranslarında pislənilib.

Teqlər