May 05, 2024 19:18 Asia/Baku
  • İraq Kürdüstan Regionunun başçısı Niçervan Bərzani Tehrana rəsmi rəsmi səfər edib

İraq Kürdüstan Regionunun başçısı Niçervan Bərzani yüksək rütbəli nümyəndə heyətinin müşayəti ilə Tehrana rəsmi səfərdədir.

Kürdüstan Regional Rəhbərliyinin Tehrandakı nümayəndəsi Nazim Dəbbağ  Niçervan Bərzaninin Tehrana rəsmi səfəri ilə bağlı bildirib ki, İraqın Kürdüstan bölgəsinin başçısı bu gün Tehrana səfər edib. Onu müşayət edən nümayəndə heyətində Kürdüstan Bölgəsi sədrinin müavini Şeyx Cəfər Şeyx Mustafa, Kürdüstan regionu sədrinin müavini Mustafa Seyid Qədir, Kürdüstan regionu başçısının baş müşaviri Dilşad Şəhab iştirak edirlər.

"Səfər zamanı Kürdüstan Regionunun başçısı İranın yüksək vəzifəli rəsmiləri, o cümlədən İran prezidenti, İslam Şurasının sədri, xarici işlər naziri ilə görüşəcək və qarşılıqlı müzakirələr aparacaqlar"-Nazim Dəbbağ əlavə edib.