Mart 09, 2023 21:02 Asia/Baku
  • İran Suriyanın çətin günlərinin dostudur

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Suriya hökuməti və xalqının dostu olduğunu və çətin anlarda onların yanında olduğunu deyib və zəlzələnin yaratdığı böhran bitənə qədər yardımlarını davam etdirəcəklərini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriyanın Laziqiyyə mühafəzəsinin zəlzələdən zərər çəkmiş bölgələrinə baş çəkib.

İran xarici işlər naziri dağılmış nöqtələrdən birində Suriyada baş vermiş son zəlzələdə yardımgöstərmə və uçqungötürmə prosesi ilə yaxından tanış olub.

Əmir Abdullahian həmin görüşün kənarında söyləyib: Suriyanın xalqı və hökumətinin dərdinə şərik çıxmaq  və onlarla həmrəylik ifadə etmək üçün bu ölkədəyik. İran İslam Respublikası Suriyanın çətin günlərinin dostu olub və olacaqdır da. Həyatlarını itirənlərin hamısının ailələrinə səbir və təmkinlilik arzu edirik.

İran xarici işlər naziri həmçinin deyib: İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti və İslam İnqilabı Keşikçiləri Korpusu zəlzələnin ilk anlarından Suriya xalqına yardıma qalxdılar. Böhrandan keçid mərhələsinədək yardımlarımızı davam etdirəcəyik.

Əmir Abdullahian Suriyaya səfərdən öncə Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkib.

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə bir tvittdə özünün Türkiyəyə olan səfəri barədə belə yazıb: Türkiyənin xalqı və hökumətinin kədəri ilə bölüşüb, İran Qırmızı Aypara Cəmiyyəti, İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikası ordusunun Türkiyədə zəlzələdən zərər çəkən bölgələrdəki yüksək xidmətlərinə nəzər salıb, Ankarada qardaşım Mövlud Çavuşoğlu ilə mühüm danışıqlar apardım. Danışıqlar iqtisadi-ticari həmkarlıqların genişləndirilməsindən tutmuş, parlament və sərhəd əməkdaşlıqları, ekologiya, su və enerji məsələlərini əhatə edibdir.

 

Teqlər