Mart 21, 2023 21:25 Asia/Baku
  • 1402-ci ildə hökumətin əsas planı inflyasiyanı tənzimləməkdir

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi 2023-cü ildə hökumətin əsas proqramının davamlı iqtisadi artımla yanaşı inflyasiyaya nəzarət etmək olduğunu bəyan etdi.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi İran xalqına ünvanladığı təbrik məktubunda ​​1402-ci şəmsi ili gəlişi və Novruzun mübarək Ramazan ayı ilə eyni vaxta təsadüf etməsini təbrik edib və bildirib ki, 1401-ci şəmsi ili müxtəlif hadisələrlə yadda qalan oldu. Onun acısı da, şirini də, hər bir halda, xatirələrlə dolu idi. Xatırlatmaq istərdim ki, 1401-ci şəmsi ili xalqın qüdrəti və İran millətinin qəhrəmanlığı və meydanlarda bunun nümayişi ilə daha parlaq göründü.

Cənab prezident Rəisi daha sonra deyib: Əziz xalqımızı əmin edirəm ki, yeni ildə hökumət orqanlarımız “insanların güzəranının yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə, inflyasiyanın qarşısının alınması, istehsalın gücləndirilməsi və məşğulluğun artırılması” kimi vədlərin yerinə yetirilməsi istiqamətində gecə-gündüz bilmədən öz səylərini əsirgəməyəcəkdir.

Daha sonra o, xarici siyasət istiqamətində hökumətin ilk öncədən yanaşmasının “tarazlı diplomatiya” və “qonşuluq siyasətinin və regional əlaqələrin dirçəldilməsi” olduğunu bildirdi və dedi: 1401-ci şəmsi ili bu siyasətin əsas istiqaməti idi. Təbii ki, 1400-cü ildən sentyabr planlarımız, səfərlərimiz bu çərçivədə başlamışdı, lakin nəticəsi 1401-ci ildə əziz xalqımız üçün daha aydınlaşdırıcı oldu.

Yeni dünya və yeni nizamda ölkənin öz rol və mövqeyini dəyişə biləcəyinə səbəb olacağına işarə edən Rəisi vurğulayıb ki: İranın bölgədəki mövqeyi strateji və əvəzolunmaz mövqedir.

Cənab prezident, yeni dünya düzəninin mühüm xüsusiyyətlərindən biri kimi hakimiyyətin Asiya qitəsinə ötürülməsi hesab edərək deyib: Amerikanın dünyada rolu və hegemonluğu getdikcə öz sonluğuna yaxınlaşır.

Cənab Rəisi sözlərinə belə davam edərək dedi: Yeni ildə hökumətin strateji planları arasında əziz İranın unikal və strateji mövqeyindən istifadə etməklə onu, “Şimal-Cənub” və “Şərq-Qərb” tranzint marşrutları istiqamətini aktivləşdirməklə, Əzəmətli İranı daha da uca müstəvidə tutmaqdır.

 

Teqlər