Apr 05, 2023 15:07 Asia/Baku
  • “Sionistlərin özləri rejimlərinin dağılmaqda olduğunu dilə gətirirlər”

İranda 3 hakimiyyət qüvvəsinin başçıları və bir qrup dövlət rəsmisi aprelin 4-də İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, İnqilab Rəhbəri bu görüşdə bütün məmur və qurumların səy və iradələrinin yeni ildə “inflyasiyaya nəzarət və istehsalın artırılması” üçün səfərbər edilməsini zəruri sayaraq, ilin şüarının reallaşması üçün bir sıra mühüm tapşırıqlar verib və buyurub: “Əgər bu tələblərə əməl olunarsa, bunun nəticəsi ilin sonunda inflyasiyanın azalmasında və insanların nisbi rahatlıq hisslərində özünü göstərəcəkdir”.

O həzrət, gələcək yeni dünya düzənində anti-İran cəbhəsinin zəifləməsinin əlamətləri barədə deyib: “İranın dünyada ən mühüm müxaliflərindən biri ABŞ-dır ki, faktlar Obama Amerikasının Buş Amerikasından, Tramp Amerikasının Obama Amerikasından və bu cənabın Amerikasının Tramp Amerikasından daha zəif olduğunu göstərir.

Həzrət Ayətullahül-üzma Xameneinin sözlərinə görə, ABŞ sionist rejimin böhranını həll edə bilməyib, İrana qarşı vahid ərəb cəbhəsi yaratmağa müvəffəq olmadı. Və bu gün onun istədiyinin əksi baş verir və ərəb ölkələrinin İranla əlaqələri inkişaf edir, Amerika siyasi təzyiq və sanksiyalarla öz planına uyğun olaraq nüvə məsələsinə son qoymaq istəsə də, bunu bacarmadı.

Birləşmiş Ştatların tənəzzülə düşməsinin digər bir nümunəsinə toxunan Aliməqamlı Rəhbər qeyd etmişdir: “Amerika Ukraynada müharibəyə başladı, lakin müharibə bu ölkə ilə əslində müharibədən əziyyət çəkən avropalı müttəfiqləri arasında məsafənin yaranmasına səbəb oldu. Digər tərəfdən ABŞ Latın Amerikasını öz arxa bağçası hesab edir, lakin bir çox anti-Amerika hökumətləri orada hakimiyyətə gəliblər. Üstəlik, Amerika Venesuela hökumətini devirmək istəyirdi və hətta bunun üçün pul, silah və ordu ilə saxta prezident də yaratdılar, lakin bu, uğursuzluğa uğradı.

İnqilab Rəhbəri həmçinin ABŞ-da ölkənin illik gəlirinə bərabər olan ağır büdcə kəsirini və ABŞ dollarının bəzi ölkələrin beynəlxalq ticarətində öz yerini milli valyutalara verməsini düşmənin zəiflik əlamətlərindən adlandırıb.

O, İslam Respublikasının digər düşməni olan sionist rejimlə bağlı qeyd edib ki, bu rejim 75 illik həyatında indiki kimi heç vaxt dəhşətli bəlalarla üzləşməyib, onun siyasi sistemi çökmək halındadır və dörd il ərzində 4 baş naziri dəyişib, tərkibindəki partiya koalisiyaları formalaşmamış dağılır, saxta rejimdə güclü ikiqütblülük hökm sürür, bunu bəzi şəhərlərdə yüz minlərlə insanın nümayişləri də sübut edir və onların bir neçə raketdən istifadə etməklə bu zəiflikləri kompensasiya etmələri mümkün deyil.

Həzrət Ayətullahül-üzma Xamenei İsraili tərk edəcək insanların sayının tezliklə iki milyona çatacağı ilə bağlı məlumatların yayılmasına işarə edərək, bildirib ki, sionist rejimin hakimiyyət nümayəndələri bu rejimin qəfil süqutu ilə bağlı ardıcıl xəbərdarlıqlara üz tutublar. Belə ki, sionist rejimin rəsmiləri bir-birinin ardınca deyirlər ki, parçalanma yaxındadır. Prezidentləri, keçmiş baş nazirləri, təhlükəsizlik xidmətinin rəhbəri, müdafiə nazirləri bunu açıq şəkildə dilə gətirirlər. Deyirlər ki, rejim 80 illiyini görməyəcək. Biz isə deyirdik ki, 20-25 ilə getməlidir. Görünür, özləri tez getmələri üçün tələsirlər.

İnqilab Rəhbəri çıxışının başqa bir hissəsində hicabın islami və qanuni vacibliyini izah edərək deyib: “Geyim məsələsində hicab dövlət məhdudiyyəti deyil, dini və hüquqi məhdudiyyətdir və hicabın götürülməsi həm islami, həm də siyasi cəhətdən haramdır”.

O Həzrətin qənaətincə hicabını atanlar hicabla mübarizənin arxasında kimin və hansı təşkilatların dayandığını bilsəydilər, bunu etməzdilər.

Həzrət Ayətullah Xamenei əlavə edib: “Bu məsələ mütləq öz həllini tapacaq, çünki inqilabın ilk həftələrində İmam Xomeyni həzrətləri hicab məsələsini məcburi və qəti şəkildə bəyan etmişdi. Təbii ki, düşmən bu işə planla girdiyi kimi, dövlət məmurları da plana malik olmalıdır və nizamsız, plansız iş görməkdən çəkinməlidirlər”.

 

Teqlər