Prezident Rəisi türkmən həmkarı ilə telefonda Fələstini müzakirə edib
İran və Türkmənistan prezidentləri sionist rejimin cinayətləri qarşısında İslam ölkələrinin yaxınlığının vacibliyini vurğulayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisi türkmən həmkarıSırdar Berdiməhəmmədov ilə telefon danışığında sionist rejimin Məscidül-Əqsada və Fələstin nə Livan xalqına qarşı son təcavüzkar hərəkətlərini pisləyib və İslam ölkələrinin yaxınlığının vacibliyini vurğulayıb.
İran və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi prezident Rəisinin türkmən həmkarı ilə danışıqlarının digər mövzusu olub.
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov da bu telefon danışığında Tehran-Aşqabad əlaqələrinin, xüsusilə siyasi və iqtisadi sahədə genişlənməsindən məmnunluğunu ifadə edib.
"Türkmənistan Respublikası hər iki xalqın mənafeyini təmin etmək üçün İran İslam Respublikası ilə hərtərəfli əlaqələrini daha da genişləndirməkdə qərarlıdır", - deyə Türkmənistan prezidenti əlavə edib.