Apr 16, 2023 15:08 Asia/Baku
  • Ayətullahül-üzma Xamenei: Tərəqqiyyatın heç bir həddi ilə kifayətlənməyin!

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xamenei aprelin 16-da silahlı qüvvələrin komandirləri və yüksək vəzifəli şəxsləri ilə görüşündə bu qüvvələri Əmirəl-Mömininin buyurduğu kimi ölkə və xalqın möhkəm hasarları adlandırıb.

SəhərAzəri-nin məlumatına görə, İnqilab Rəhbəri bildirib: “Bu böyük vəzifə ağır məsuliyyətlə müşayiət olunur ki, Allaha şükürlər olsun, silahlı qüvvələr bu qürurverici mövqenin qədrini bilməklə öz vəzifələrini yerinə yetirirlər.”

Silahlı qüvvələrin davamlı hərəkəti və inkişafından məmnunluğunu ifadə edən Aliməqamlı Rəhbər qeyd edib ki, silahlı qüvvələr mövcud tərəqqiyyatla qətiyyən kifayətlənməyib dayanmadan irəliləməlidir. Zira təhlükə heç vaxt tamamilə aradan qalxmır, ona görə də qüvvələr bacardıqları qədər hazırlıqlı olmalıdır.

İnqilab lideri həmçinin silahlı qüvvələrin düşmənlər qarşısında hazırlıqlı olmasını önləyici tədbir adlandıraraq pərdəarxası plançılara qarşı sayıqlığı tamamilə zəruri hesab edib.

O həzrət daha az güclü ünsürlərin sözləri və mümkün hərəkətlərinə toxunaraq deyib: “Biz ağlımızı bu cür hərəkət və sözlərə yönəltməməliyik, ancaq pərdə arxasında olan əsas dizaynerləri görməliyik.”

Ali Baş Komandan dünyanın müxtəlif yerlərində şər beynəlxalq qüvvələrin müharibə salmaq cəhdlərinə işarə edərək qeyd edib: “İstikbar fayda gördüyü yerdə səhnə arxasından münaqişəyə zəmin yaradır. Bu səbəbdən düşmənlərin uzunmüddətli planlarını görmək lazımdır.”

Ali baş komandan Amerikanın təxminən iyirmi il əvvəl İranın şərqində və qərbində başlatdığı iki müharibəyə toxunaraq deyib: “Amerikalıların İraq və Əfqanıstanda maraqları var idi, lakin onların son hədəfi İslami İran idi ki, bu da İslam İnqilabının çox güclü təməllərinə görə bu macəralarda son məqsədlərinə çata bilmədilər. Bu isə o deməkdir ki, düşmən bütün möhkəm hesablamaları və hərbi gücü ilə məğlub ola bilər.”

İnqilab Rəhbəri sonra sionist rejimin hazırkı vəziyyətini bu cür uğursuzluqların başqa bir nümunəsi kimi göstərib və deyib: “Sionist rejimin keçən ilin Ramazan ayında Fələstin əleyhinə əməliyyatı dünyada xüsusi bir reaksiya vermədi, lakin bu il sionist rejimin əleyhinə nümayişlər keçirildi, onun cinayətləri, hətta ABŞ və İngiltərədə belə pislənildi.”

Ali Baş Komandan düşmənin məğlubiyyətinə inanmaqla yanaşı, onu diqqətdən kənarda qoymamağı vacib sayaraq əlavə edib ki, heç bir mərhələdə düşmənin hiylə və planlarına göz yummaq olmaz.

İnqilab rəhbəri çıxışının sonunda silahlı qüvvələrin intellektual mərkəzlərini daim və yenilikçi şəkildə güclü, rasional strategiya və siyasətlər hazırlamağa çağırıb.

 

 

Teqlər