Apr 22, 2023 17:36 Asia/Baku
  • İslam İnqilabının Müəzzəm Rəhbəri: İslam dünyasının günümüzdəki əsas xətti Fələstində mübariz ddəstələrə kömək etmək və onları gücləndirmək olmalıdır

İslam İnqilabının Müəzzəm Rəhbəri ölkə rəsmiləri, İslam ölkələrinin səfirləri ilə keçirdiyi görüşündə "İslam dünyasının günümüzdəki əsas xətti Fələstində mübariz dəstələrə kömək etmək və onları gücləndirmək olmalıdır" deyə buyurub.

SəhərAzəri-nin məlumatına görə, İslam İnqilabının Müəzzəm Rəhbəri Həzrət Ayətullahul Uzma Xamenei bu gün (şənbə) xalq, ölkə rəsmiləri və icra edici orqanları, həmçinin İslam ölkələrinin səfirləri ilə görüşündə İslam ümmətinin ən vacib və əsas ehtiyacının vəhdət və birlik olduğunu vurğulayıb. Belə ki, O həzrət sionist rejimin nəzərəçarpacaq dərəcədə tənəzzülü və onun özünü müdafiə qüdrətinin tam şəkildə zəiflədiyini bildirərək deyib: " Bu əhəmiyyətli irəliləyiş Fələstin xalqı və gənclərinin möhkəm mübarizəsi və müqaviməti sayəsində baş verdi və İslam dünyasının günümüzdəki əsas xətti Fələstində mübariz ddəstələrə kömək etmək və onları gücləndirmək olmalıdır."

Müəzzəm Rəhbərin mərkəzi informasiya birosunun məlumatına görə,Həzrət Ayətullahul Uzma Xamenei İslam ölkələrinin problemlərinə toxunaraq bildirib ki: "Əgər Qurani-Kərimin “Hamılıqla Allahın ipinə möhkəm sarılın!” göstərişinə əməl olunarsa, iki milyarda yaxın əhalisi olan İslam dünyası və həmçinin dünyanın ən önəmli və coğrafi cəhətcə ən həssas yerlərinə sahibliyi problemlərin həllində ciddi amil ola bilər.

Həzrət Ayətullahul Uzma Xamenei sionist rejimin tədrici məhvə sürükləndiyinə toxunaraq buyurub:" Bir neçə il əvvəl başlayan bu tənəzzül indi da da tezləşib və İslam dünyası da yaranmış bu böyük fürsətdən mütləq yararlanmalıdır.

O həzrət, Fələstin məsələsini təkcə islami deyil, həm də insanlığa aid olan bir məsələ hesab edərək, Qüds günü ilə bağlı qeyri-islami ölkələrdə keçirilən təntənəli mərasim və yürüşləri xatırladaraq bildiblər ki, : " Amerika və Avropa ölkələrində Qüds günündə keçirilən anti-sionist nümayişlər həmişə bəlli olduğu kimi qəsbkar sionistlərin artan cinayətlərinin daha da ifşa olunmasının səbəbilədir."

İslam İnqilabının Müəzzəm Rəhbəri daha sonra çıxışında deyib: Bir sıra sionistlərdən asılı olan Avropa ölkələrində xalqların Fələstin xalqına dəstək olması daha çox önəmlidir.

O həzrət, qəsbkar rejimin acınacaqlı vəziyyətinin əsas səbəbini Fələstin xalqının dayanıqlı daxili müqaviməti və onun gənclərinin hər şeyi gözə alaraq bunu etdiyi bildirərək deyib :" İşğal olunmuş ərazilərdə hazırkı vəziyyət sübut edir ki, Fələstin xalqının müxtəlif qüvvələri nə qədər çox bu bölgələrdə müqavimət mövqeyi artarsa bu saxta rejim də bir o qədər zəifləyəcək."

Həzrət Ayətullahul Uzma Xamenei İmam Xomeyni (r.ə) və İslam Respublikasının Fələstin məsələsini dəstəkləməkdə daha öncül olduğuna işarə edərək bildirib: "Bu hərəkat davam edəcək və ümid edirik ki, əziz İran xalqı bütün İslam ölkələri müsəlmanlarının Müqəddəs Qüdsdə azad bir şəkildə namaz qılacağı günün şahidi olacaqlar."

Teqlər