Kənani: “Nikbət” in sonu və Fələstinin azadlıq günü yaxındır
İran Xarici İşlər Nazirliyinin sözçüsü çıxışında deyib: “Nikbət”in sonu və Fələstinin qurtuluş günü yaxındır.
SəhərAzəri-nin məlumatına görə, bu gün 28 aprel sionist işğalçı rejiminin yaranması günü yəni “Nikbət” günüdür.
Sionist rejim bu gün Fələstində mövcudluğunu elan etmiş və bu ölkənin torpaqlarının təxminən 80%-ni işğala məruz qomuşdur. Bu gün Fələstin xalqının məcburi köçü və dünyanın hər yerindən yəhudilərin işğal olunmuş torpaqlara daxil olması baş verib. “Nikbət” Fələstin vətəndaşlarının bu gün üçün istifadə etdikləri ad olaraq qalıb.
Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (cümə) bu barədə “Twitter” səhifəsində yazıb: “Bu gün İsrailin şər rejiminin bərqərar olduğu, başqa bir ölkə və xalqın (Fələstin) torpaqlarının işğala məruz qaldığı günüdür.
İranın diplomatik əlaqələrin sözçüsü daha sonra qeyd edib ki: “Sionistlər və onların qərbli havadarlarının dediklərinin əksinə olaraq, İsrail rejimi xalqı olmayan bir torpaqda formalaşmış demokratik bir dövlət deyil, başqa bir millətin torpağına hakim kəsilmiş etnik və irqiçi rejim olaraq bir milləti formalaşdıran sadəcə işğalçı bir ordudur.
Kanani deyib: “Amerika və Avropa bir millətin torpağını işğal etməyə kömək etdiklərinə, irqçi dövlətin qurulmasında əsas iştiraka malik olduqlarına görə özlərindən utanmalıdırlar. Bu iki quruluş 75 ildir ki, onlara qarşı ən dəhşətli cinayətlərə gözlərini yumaraq zalım qəsbkar rejimin yanında olmuş və məzlumların əleyhinə həmişə qalxmışlar.
İran diplomatiyasının sözçüsü daha sonra qey edib ki,: “Məzlum Fələstin xalqının 75 illik zülmünə baxmayaraq, aparteid rejimi bu gün hər zamankından daha çox daxili çöküşə və öz saxta kimlik böhranına məruz qalıb ki, Nikbətin sonu və Fələstinin qurtuluş yaxındadır.
Xatırladaq ki, bir neçə min anti-sionist yəhudi Nikbət günü və bu rejimin bərqərar olması münasibətilə işğal olunmuş Qüdsdə yürüş keçiriblər.