Apr 28, 2023 17:03 Asia/Baku
  • İran və Hindistanın müdafiə nazirləri görüşüblər

Şanxay Təşkilatının sammitində iştirak etmək üçün Hindistana səfər edən İran İslam Respublikasının müdafiə naziri Yeni Dehlidə hindistanlı həmkarı Racnath Singh ilə görüşərək müzakirələr aparıb.

General Məhəmməd Rza Aştiani Şanxay Əməkdaşlıq Təşkilatına toxunaraq bildirib ki,  bu gün Şanxay qlobal inkişaf və geostrateji müstəvidə təsirli bir təşkilata çevrilib və onun genişlənməsi və möhkəmlənməsi beynəlxalq arenada çoxtərəfli sıx əlaqələrə daha yaxşı zəmin yaratmasında və inkişafında müsbət ola bilər.

Cənab Əmir Aştiani regional və qlobal səviyyədə ümumi təhlükəsizlik çağırışları və təhdidlərinin öhdəsindən yalnız ölkələr arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq fonunda gələ biləcəyinə daha ümidverici olduğunu bildirərək vurğulayıb ki, “bu təşkilat dünyada sabitlik və təhlükəsizlik yaratmaq üçün ən mühüm təhlükəsizlik tədbirlərindən biridir. “

İran İslam Respublikasının müdafiə naziri daha sonra çıxışında deyib: “İran İslam Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri və xüsusilə Hindistan silahlı qüvvələri ilə müdafiə və hərbi əməkdaşlığı gücləndirməyə hazırdır.”

General Aştiani regional və beynəlxalq qütbləşmənin sürətlə dəyişdiyini bəyan edərək deyib: “İran İslam Respublikası və Hindistan iki strateji əhəmiyyətli bölgədə yerləşir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün çoxlu imkanlara malikdir və bu, Qərbi Asiya və Hindistan yarımadası kimi həssas regionda sülh və təhlükəsizliyin bərqərar olmasına kömək edə bilər. “

İran İslam Respublikasının Müdafiə naziri Çin və Rusiya dəniz donanması bölmələrinin iştirakı ilə dörd dəfə keçirilən birləşmiş “dəniz təhlükəsizlik kəməri” təliminə toxunaraq, Hindistan Hərbi Dəniz Qüvvələrini də bu təlimdə iştiraka dəvət edib.

Hindistan Respublikasının müdafiə naziri Racnath Singh də iki ölkə arasındakı əlaqələrin siyasi əlaqələrlə məhdudlaşmadığını bildirərək  “ Dərin köklərə malik ictimai-mədəni əlaqələrin tarixi iki ölkə arasında münasibətlərin bünövrəsi və bağlayıcısıdır”

Hindistanın müdafiə naziri İran və Hindistanın hər zaman bir-biri ilə yaxşı əməkdaşlıq etdiyini vurğulayıb və son illərdə iki ölkə rəsmilərinin çoxsaylı, həlledici və səmimi səfərlərinə işarə edərək, bu görüşlərin özünü doğrudacağına ümid etdiyini bildirib.

 

 

Teqlər