Sanksiyalar İranın enerji sahəsində inkişafını əngəlləyə bilmir
Neft və qaz hasilatında kəskin artım qeydə alınıb
May 03, 2023 11:53 Asia/Baku
İranda neft hasilatının həcmi artıb və artıq sutkada 3 milyon barreli ötüb.
SəhərAzəri-nin məlumatına görə, Bu barədə "Şana" portalı İranın Neft Nazirliyinin rəhbəri Cavad Ovciyə istinadən məlumat yayıb.
Nazir vurğulayıb ki, ölkədə neft hasilatı sutkada 3 milyon barreli, qaz hasilatı isə 1 milyard kubmetri keçib.
Qeyd edək ki, cari ilin fevral ayında İran mediası Tehranın 2031-ci ilə qədər qaz hasilatını 50% artıraraq sutkada 1 milyard kubmetrdən 1,5 milyarda çatdırmağı planlaşdırdığını bildirib.