İranın Ərəbistandakı diplomatik məkanları rəsmən yenidən açılacaq
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki: İkitərəfli əlaqələrin bərpası barədə İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əldə olunmuş ikitərəfli razılaşmanın icrası prosesinin təkmilləşdirilməsi istiqamətində/ İranın Ərriyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu, eləcə də İslam Əməkdaşlığı Təşkilatı yanındakı daimi nümayəndəliyi çərşənbə axşamı və çərşənbə günləri rəsmi şəkildə yenidən açılacaq
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani-Çafi əlavə edib: İran İslam Respublikasının Ərriyaddakı səfirliyi və Ciddədəki baş konsulluğu iranlı zəvvarlar həcc ziyarətinə getməzdən öncə Beytullahulhəram zəvvarlarının işlərini asanlaşdırmaq məqsədilə öz real fəaliyyətinə başlayıb və hazırda sözügedən nümayəndəliklər iki ölkənin xarici işlər nazirlikləri rəsmilərinin iştirakı ilə rəsmi şəkildə yenidən açılacaq.
Pekin şəhərində keçirilən İran-Ərəbistan müzakirələri gedişində iki ölkə/ on mart iki min iyirmi üçüncü il tarixində- yeddi ildən sonra/ öz diplomatik əlaqələrini bərpa etmək barədə razılığa gəldi.
Bu istiqamətdə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan dünən İranın Ərriyaddakı səfirliyinin müvəqqəti başçısı ilə telefon əlaqəsində/ İran İslam Respublikasının Ərriyaddakı səfirliyi və Ciddədəki baş konsulluğunun açılışı üçün görülmüş tədbirlər və son vəziyyətlə tanış olub