İyun 10, 2023 08:17 Asia/Baku
  • Təbrizdə Türk Ədəbiyyatı Fondu yaradılmalıdır!

İran İslam Respublikasının prezidenti Təbrizdə Türk Ədəbiyyatı Fondunun yaradılmasını istəyib.

Seyid İbrahim Rəisinin Təbrizə iki günlük səfəri zamanı keçirdiyi görüşdə bir qrup ədəbiyyatçı Türk Ədəbiyyatı Fondunun yaradılmasını istəyib.

Məlumata görə, ədəbiyyatçı Cəmşid Əlizadə bir qrup azərbaycanlı yazıçı və mədəniyyət xadimi adından İran prezidentindən bunu tələb edib.

Təbrizli ədəbiyyatçı vurğulayıb ki, İran Türk Ədəbiyyatı Fondunu yaradın, çünki onun təsirləri mütləq bu yaxınlarda nümayiş etdirilən “Fəttah” raketindən az deyil. Türk dili və ədəbiyyatına dəyər verməklə bu gün cəmiyyətimizin üzləşdiyi bir çox problem həllini tapacaq.

Qeyd edək ki, bundan öncə prezident seçkisi kampaniyası zamanı cənab Rəisi Azərbaycan Dili Akademiyasının yaradılması, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına diqqət ayrılması barədə vədlər vermişdi.

Teqlər