İran və Venesuela 19 əməkdaşlıq sazişi imzalayıb
https://azeri.sahartv.ir/news/İran-i400765-İran_və_venesuela_19_əməkdaşlıq_sazişi_imzalayıb
İran İslam Respublikası və Venesuelanın yüksək səviyyəli rəsmiləri Karakasda İran və Venesuela prezidentlərinin iştirakı ilə 19 sənəd və əməkdaşlıq memorandumu imzalayıblar.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 13, 2023 13:27 Asia/Baku
  • İran və Venesuela 19 əməkdaşlıq sazişi imzalayıb

İran İslam Respublikası və Venesuelanın yüksək səviyyəli rəsmiləri Karakasda İran və Venesuela prezidentlərinin iştirakı ilə 19 sənəd və əməkdaşlıq memorandumu imzalayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, "Kommunikasiya və informasiya texnologiyaları, energetika, sığorta, dəniz nəqliyyatı, ali təhsil, kənd təsərrüfatı, tibb, mədəni mübadilə, həmçinin mədən əməkdaşlığının inkişafı" kimi sahələrdə əməkdaşlıq və iştirak İranın xarici işlər, neft, müdafiə və silahlı qüvvələrə dəstək, səhiyyə və mədəniyyət və islam irşad nazirləri ilə venesuelalı həmkarları arasında imzalanan mühüm sənədlər arasında idi.

Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi axşam bu ölkənin "Miraflores" prezident sarayında yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinin başında Venesuelaya səfər etmiş İran prezidenti Seyid İbrahim Rəisini rəsmi şəkildə qarşılayıb.