İyun 29, 2023 17:40 Asia/Baku
  • Bu gün bütün İranda səadətli Qurban bayramaı namazı qılınıb

Bu gün xalqın izdihamlı iştirakı ilə bütün İranda səadətli Qurban bayramaı namazı qılınıb.

İslami İranda Qurban bayramı bu gün qeyd olunur. Elə bu münasibətlə də İranın bütün vilayətləri, şəhərləri və kəndlərində o cümlədən, müqəddəs Məşhəd Şəhərində İmam Rzanın (ə) və Qum şəhərində Xanım Faimeyi-Məsumənin (s.ə) hərəmlərində və digər dini məkanlarda milyonlarla mömin İran xalqının iştirakı ilə mübarək Qurban bayramı namazı qılınıb.

Paytaxt Tehranda Qurban bayramı namazı Konstitusiyanın Mühafizə Şurasının üzvü Ayətullah Seyid Əhməd Xatəminin imamlığı ilə Tehran Universitetində qılınıb.

Səhər saat altıdan etibarən universitetin qapıları ibadət edənlərin üzünə açıq olub, çünki dua mərasimlərində dini və mədəni proqramlar, xüsusilə də mübarək Qurban bayramı ilə əlaqədar proqramlar yer alıb.

Şiə qardaşları ilə birlikdə sünni vətəndaşlar da İranın müxtəlif şəhər və bölgələrində bu bayram namazında iştirak ediblər. 

Teqlər