Əmir Abdullahian Azərbaycan Respublikasının Prezidenti ilə görüşdü
İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb.
Məlumata görə, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsi və regional məsələləri müzakirə edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iki günlük keçiriləcək “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda adlı iclası bu gün (çərşənbə günü) başlayıb.
Fələstin, Suriya, Özbəkistan, Uqanda, Türkiyə, Somali, Banqladeş, Burkina Faso, Efiopiya, İndoneziya, Tunis, Cənubi Afrika Respublikası, Hindistan və Azərbaycan xarici işlər nazirlərinin həmkarları və müavinləri ilə görüş İranın xarici işlər nazirinin əsas iş gündəmində yer alıb.
Xatırladaq ki, Qoşulmama Hərəkatı 1961-ci ildə keçmiş Yuqoslaviyanın paytaxtı Belqradda Soyuq Müharibənin şiddətli zamanında yaradılmışdır. Bu təşkilatın tərkibinə dünya güc bloklarının heç birinə (Amerika və Sovet İttifaqı) bağlı olmayan və hər hansı bir öhdəliyi olmayan başqa sözlə kommunizm və kapitalizm cəbhəsində olmayan ölkələr daxildir.
Bu təşkilat Soyuq Müharibədən sonra da fəaliyyətini davam etdirmiş və hazırda 120 ölkə bu təşkilata üzvlük edir və 21 ölkə isə, təşkilata müşahidəçi qismində qatılır.