Əmir Abdullahian Bakı səfərində Türkiyənin xarici işlər naziri ilə görüşdü
https://azeri.sahartv.ir/news/İran-i401394-Əmir_abdullahian_bakı_səfərində_türkiyənin_xarici_işlər_naziri_ilə_görüşdü
İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində türkiyəli həmkarı ilə görüşüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 05, 2023 11:19 Asia/Baku
  • Əmir Abdullahian Bakı səfərində Türkiyənin xarici işlər naziri ilə görüşdü

İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində türkiyəli həmkarı ilə görüşüb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün dünən axşam (çərşənbə axşamı) Azərbaycana gedib.

Məlumata görə, Azərbaycan Respublikasının ev sahibliyi ilə Qoşulmama Hərəkatı nazirlərinin “Qoşulmama Hərəkatı: Meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli ” adlı iclası bu çərşənbə günü səhər  Azərbaycan Respublikasının paytaxtı Bakıda başlayıb 

Bu görüş çərçivəsində Əmir Abdullahian Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xatırladaq ki, bu görüş Hakan Fidanın Türkiyənin yeni xarici işlər naziri təyin edilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür.

İran İslam Respublikasının diplomatik xidmətinin rəhbəri görüş çərçivəsində nikaraqualı həmkarı Denis Monkada ilə də qısa söhbət edib.