İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-a xəbərdarlıq edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-a Fars körfəzində hər hansı bir təxribat xarakterli hərəkətlə bağlı xəbərdarlıq edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün keçirdiyi həftəlik brifinqdə ABŞ-ın F-16 qırıcı təyyarələrinin Fars körfəzi regionuna göndərilməsi ilə bağlı suala belə cavab verib: "ABŞ hökumətinin regional məsələlərdə, xüsusilə də regionun təhlükəsizliyində rolu heç vaxt dinc və konstruktiv olmayıb".
Kənani əlavə edib: "İran regionun təhlükəsizliyə təsir edən istənilən qeyri-qanuni və qeyri-konstruktiv hərəkəti həssaslıqla və dəqiqliklə izləyir və xüsusilə öz sərhədləri yaxınlığında istənilən təxribatçı və qeyri-qanuni hərəkətə həssaslıqla yanaşır və buna xüsusi diqqət yetirir".
Təhlükəsizliyin bütün Fars körfəzi dövlətləri üçün ümumi məsələ olduğunu deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hökumətinə regionda hər hansı təxribatçı, qeyri-konstruktiv və sabitliyi pozan hərəkətlərdən çəkinməyi tövsiyə edib.