İyul 17, 2023 21:39 Asia/Baku
  • Tehran və Bakı Şimal-Cənub Dəhlizinin və Astara yük terminalının inkişafını vurğulayır

İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iranlı və azərbaycanlı həmsədrləri Şimal-Cənub Dəhlizinin və Astara yük terminalının inkişafını vurğulayıblar.

SəhərAzəri-nin məlumatına görə, İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş və və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə İranın şimalındakı Astara Limanında başlayıb.

Bu görüşdə İranın yol və şəhərsalma naziri iki ölkə arasında mövcud imkanlara toxunaraq, bu imkanlardan istifadə etməklə əlaqələrin inkişafı üçün münasib fürsətlərin yaradılmasının vacibliyini bildirib.

Bazarpaş həmçinin İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 800 km-lik ortaq sərhədə işarə edərək, qeyd edib ki, İran hökuməti iki ölkə arasında əlaqələrin inkişafı və imkanlardan istifadənin zəruriliyini vurğulayır.

Azərbaycan Respublikası baş nazirinin müavini də bu görüşdə bəyan edib ki, Azərbaycan Respublikası İranla davamlı əməkdaşlığın inkişafına inanır və bu siyasi xətti izləyir.

Mustafayev 2 min 452 İran şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyini bildirərək, deyib: " Dəmir yolu gömrüyü körpüsü və texniki əməkdaşlıq da daxil olmaqla kommunikasiya layihələrinin tamamlanması bu əlaqəni genişləndirəcək".

Bu birgə iclasda İran İslam Respublikasının Şimal-Cənub Dəhlizinin və Astara dəmir yolu terminalının inkişafı, həmçinin müxtəlif ticarət və iqtisadi məsələlər, nəqliyyat, eləcə də həyata keçirilməkdə olan və dayandırılan layihələr müzakirə edilib və onlarla bağlı qərarlar qəbul edilib. 

İki ölkənin Astara sərhədində yüklərin daşınmasını və yüngül və ağır tonnajlı avtonəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq və sürətləndirmək məqsədi il "Astaraçay" sərhəd çayı üzərində inşa edilməkdə olan avtomobil və beton körpüsündən istifadə qaydaları bu əhəmiyyətli iqtisadi görüşün gündəmlərindən biri olub.

Teqlər