İyul 24, 2023 22:36 Asia/Baku
  • Əmir Abdullahian:

İran İslam Respublikasının xarici işlər naziri erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, "Biz Ermənistan və Azərbaycan Respublikası arasında sülh danışıqlarının gedişatını alqışlayırıq"

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian 2023-cü ilin iyununda Bakıya səfərini və Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələrini Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ilə bugünkü (bazar ertəsi) görüşünü xatırladaraq bu görüşlərin Tehranın Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün çalışdığının bir göstəricisi olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri bu gün Tehrana səfəri çərçivəsində Hüseyn Əmir Abdullahianla görüşdən sonra hər iki tərəf birgə mətbuat konfransında çıxış ediblər.

Bu mətbuat konfransında Hüseyn Əmir Abdullahian müzakirələrində deyib ki, " Tehran Ermənistanla əlaqələrə böyük əhəmiyyət verir"

İranın xarici işlər naziri Ermənistan və Azərbaycan Respublikası arasında sülh danışıqlarının gedişini alqışlayaraq açıqlamasında bildirib ki, " Qafqaz münaqişə meydanına çevrilməməlidir və onun rəqabət meydanına çevrilməsi regionda ciddi problem yaradacaqdır"

Əmir Abdullahian daha sonra bildirib ki, hərtərəfli və davamlı sülh hökumətlər və xalqlar arasında dostluq və əməkdaşlıq dili ilə anlaşmasını tələb edir və istənilən danışıqlar balanslaşdırılmış şəkildə və tərəflərin səlahiyyəti çərçivəsində aparılmalıdır.

Ermənistan xarici işlər naziri isə, bu mətbuat konfransında deyib ki, " İranla tarixi əlaqələr Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir və İranın dostluğ mövqeyi özünəməxsus olmuş və bundan sonrada olacaqdır.

Ermənistan xarici işlər naziri həçinin əlavə edib ki, " Qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələr iki ölkə arasında əməkdaşlıqda yeni müstəvinin olacaağını vəd edir"

Mirzorian daha sonra İranla Ermənistanın iqtisadi əlaqələrinə də işarə edərək bildirib ki, " Biz iki ölkə arasında ticarətin dəyərini üç milyard dollara çatdırmağı nəzərdə tutmuşuq"

Ermənistanın xarici işlər naziri sözünün davamında vurğulayıb ki, "Mən bir daha bildirmək istərdim ki, Ermənistan rəhbərlərinin siyasi xətti İranla münasibətləri ümumi maraqlar prinsipi əsasında inkişaf etdirməyə hazırdır"

Mirzorian Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasının zəruriliyindən də danışaraq deyib ki, " Saziş çərçivəsində Ermənistanla Azərbaycan Respublikası arasında münasibətlərin normallaşması olduqca əhəmiyyətlidir"

Teqlər