İyul 24, 2023 22:55 Asia/Baku

İran İslam Respublikası prezidenti səfərdə olan Ermənistan Xarici işlər Naziri ilə görüşündə bəyan edib ki, Tehran bütün region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir.

Prezident İbrahim Rəisi bazar ertəsi Tehranda səfərdə olan Ermənistanın Xarici işlər Naziri Ararat Mirzoyanı və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Regional problemlərin region ölkələrinin özləri tərəfindən həll edilməsinin vacibliyini vurğulayan Rəisi xarici müdaxilənin problemləri daha da dərinləşdirdiyini bildirib.

“İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməklə ümid edir ki, bu danışıqlar regionda mümkün qədər sülh, təhlükəsizlik və əmin-amanlıq yaradacaq və gücləndirəcək”.

 İranın heç bir geosiyasi dəyişikliyi və region ölkələrinin sərhədlərinin yerdəyişməsini qəbul etmədiyini vurğulayan prezident əlavə edib ki, İran bütün region ölkələrinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

İran prezidenti iki ölkə arasında münasibətlərin səviyyəsinin maksimuma çatdırılmasının vacibliyini vurğulayıb və əlavə edib ki, İran Ermənistanla əlaqələrin inkişafı üçün heç bir maneə görmür.

Ararat Mirzoyan da öz növbəsində İranın Qafqaz regionunda baş verənlərlə bağlı mövqeyini yüksək qiymətləndirib.

“Ermənistan heç vaxt anti-İran hərəkətləri yerinə çevrilməyəcək və daim regional təhlükəsizliyin və sülhün genişləndirilməsinə diqqət yetirir.

Erməni nazir İranla əlaqələri ölkəsi üçün çox vacib hesab edib və iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Teqlər