İran və Oman ikitərəfli əlaqələri yüksəltməkdə qərarlıdır
Avq 01, 2023 16:03 Asia/Baku
İran prezidenti və Oman sultanı Tehran və Maskatın qarşılıqlı əlaqələri ən yüksək səviyyəyə qaldırmaq istəyini vurğulayıblar.
Bu gün Seyid İbrahim Rəisi ilə Oman Sultanı Heysəm bin Tariq Ali Səid arasında telefon danışığı olub.
Tərəflər iki ölkə başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış əməkdaşlıq sənədlərinin son vəziyyətini nəzərdən keçiriblər və Tehran və Maskatın münasibətləri ən yüksək səviyyəyə qaldırmaq və qarşılıqlı əlaqələri genişləndirmək əzmində olduqlarını vurğulayıblar.
Həmçinin iki tərəf arasında müxtəlif sahələrdə regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Teqlər